Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Cənubi Koreyanın Miju şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, 26 yaşlı idmançı finalda rusiyalı Anton Kotkovu yenib - 21:3.
Beləliklə, Harçeqani "Bakı 2015" I Avropa Oyunları və 2016-cı il Avropa çempionatında qızıl medal qazandıqdan sonra dünya çempionu tituluna da sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın daha bir təmsilçisi Məhəmməd Məmmədov (63 kq) bürünc medal qazanıb.
13:15
Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Cənubi Koreyanın Miju şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, iranlı legioner yarımfinalda Moldovanı təmsil edən üçqat Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Aaron Kuku məğlub edib - 41:5.
Finalda Harçeqaninin rəqibi rusiyalı Anton Kotkov olacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın daha bir təmsilçisi Məhəmməd Məmmədov (63 kq) bürünc medal qazanıb.
E.Ə.
www.oxu.az