“Mançester Siti” klubunun futbolçusu Bakari Sanya İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən 40 min funt sterlinq məbləğində cərimə olunub.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə FA xəbər yayıb.
B.Sanyanın cərimələnməsinə səbəb futbolçunun “Bernli” komandası üzərində qələbədən sonra “İnstaqram”da şərh yazması olub:
“10 nəfər 12 nəfərə qarşı. Amma komanda kimi mübarizə apardıq və qalib gəldik”.
Federasiya bunu hakimlərin əleyhinə yazılan şərh kimi dəyərləndirib.
Qeyd edək ki, yanvarın 2-də İngiltərə çempionatının 20-ci turu çərçivəsində keçirilən “Mançester Siti” - “Bernli” matçının (2:1) 31-ci dəqiqəsində hakim “şəhərlilər”in braziliyalı yarımmüdafiəçisi Fernandinyonu meydandan kənarlaşdırıb.
S.B.
www.oxu.az