UEFA Çempionlar Liqası (ÇL) və Avropa Çempionlar Kubokunun tarixində ilk dəfə olaraq həlledici final matçı iki ispan mütəxəssisi qarşı-qarşıya gətirəcək.
Oxu.Az xəbər verir ki, bu maraqlı fakt barədə tanınmış jurnalist Pedro Martin özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Titul uğrunda keçiriləcək bu həlledici görüşdə Luis Enrikenin rəhbərlik etdiyi "Paris Sen-Jermen" (PSJ) komandası Mikel Artetanın çalışdırdığı "Arsenal"la qüvvəsini sınayacaq.
Turnirin (Çempionlar Liqası və Avropa Çempionlar Kuboku) tarixində eyni ölkədən olan məşqçilərin finallarda eyni vaxtda yer alması bundan əvvəl cəmi dörd dəfə qeydə alınıb: 1979-cu ildə "Nottingem Forest" (Brayan Klaf) və "Malmö" (Bob Hafton); 2003-cü ildə "Yuventus" (Marçello Lippi) və "Milan" (Karlo Ançelotti); 2013-cü ildə "Borussiya Dortmund" (Yurgen Klopp) və "Bavariya" (Yupp Haynkes); 2020-ci ildə isə PSJ (Tomas Tuxel) və "Bavariya" (Hans-Diter Flik) arasında.
Qeyd edək ki, cari mövsümün həyəcanla gözlənilən final qarşılaşması mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.