Danimarkalı Tomas Frank İngiltərənin "Tottenhem" futbol klubunun baş məşqçisi təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Mütəxəssislə müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub. O, bu vəzifədə avstraliyalı Angelos Postekoqlunu əvəz edəcək.
51 yaşlı Frank 2018-ci ildən "Brentford" klubuna rəhbərlik edib.