"Trabzonspor" qapı xəttini "Konyaspor" klubunda çıxış edən 20 yaşlı Deniz Ertaşla gücləndirmək istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə "Konyaspor" klubunun Mətbuat Xidməti məlumat paylaşıb.
Bildirilib ki, tərəflər arasında müqavilənin bütün şərtləri razılaşdırılıb.
Qeyd edək ki, "Trabzonspor" klubunun qolkiperi Uğurcan Çakır karyerasını "Qalatasaray"da davam etdirəcək. "Sarı qırmızılar" qolkiper üçün "Trabzonspor"a 25 milyon avro ödəyib.