Futbol üzrə Türkiyə millisi Bakıdadır.
Oxu.Az xəbər verir ki, dünən Roma Olimpiya Stadionunda AVRO-2020-nin açılış matçında İtaliya ilə qarşılaşmış “ay-ulduzlular” bu dəfə növbəti iki qrup matçı üçün Bakıya gəlib.
Qeyd edək ki, Türkiyə iyunun 16-da Uels və 20-də İsveçrə milliləri ilə Bakı Olimpiya Stadionunda AVRO-2020-nin A qrupunun matçlarına çıxacaq.