Türkiyənin "Bandırmaspor" klubunun futbolçusu Tolqa Kalender vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 25 yaşlı müdafiəçi müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Tolqa Kalender karyerası ərzində "Başakşəhər", "Adana Dəmirspor", "Bayrampaşaspor", "Diyarbekirspor" və son olaraq "Bandırmaspor"un formasını geyinib. O, klub səviyyəsində 131 oyunda meydana çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qaynar xətt:
(055) 224 12 12