UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Feyenoord" "Milan"ı 1:0 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, matçda yeganə qolu 3-cü dəqiqədə İqor Payşao vurub.
Komandalar arasında cavab görüşü fevralın 18-də keçiriləcək.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Niderlandın "Feyenoord" və İtaliyanın "Milan" klublarının qarşılaşması start götürüb.
Oxu.Az xəbər verir ki, Rotterdamın "De Kuip" stadionunda keçirilən matçı ispaniyalı hakim Xose Mariya Sançes idarə edir.
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Niderlandın "Feyenoord" və İtaliyanın "Milan" klubları üz-üzə gələcəklər.
Bakı vaxtı ilə gecəyarısı (saat 00:00) start götürəcək oyunu Oxu.Az portalından canlı olaraq izləyə bilərsiniz.