Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu
"İnter"in müdafiəçisi Denzel Dumfris UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına layiq görülüb.
Oxu.Az xəbər verir ki, o, turnirin yarımfinal mərhələsinin "Barselona" ilə matçındakı (3:3) çıxışına görə mükafatlandırılıb.
Niderland millisinin üzvü həmin görüşdə iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Səsvermə nəticəsində Dumfris PSJ-nin futbolçusu Vitinyanı geridə qoyub.
"Denzel Dumfris" teqi üzrə xəbərlər
Ən çox oxunanlar