Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
UEFA Millətlər Liqası: Azərbaycan millisi İsveçə məğlub oldu
UEFA Millətlər Liqasında İsveç yığması ilə qarşılan millimiz 1:3 hesabı ilə məğlub olub.
Oxu.Az xəbər verir ki, C Liqasının I qrupu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün 65-ci dəqiqəsində hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub. Daha sonra İsveç millisində Viktor Gyökeres 80-ci dəqiqədə penaltidən fərqlənərək hesabı artırıb. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.
UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında növbəti qol vurulub.
Oxu.Az xəbər verir ki, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə millimiz ilk qolunu vurub - 3:1.
82-ci dəqiqədə Renat Dadaşov fərqlənib.
UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında növbəti qol vurulub.
Oxu.Az xəbər verir ki, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə İsveç millisi öndədir - 3:0.
Viktor Gyökeres 80-ci dəqiqədə penaltidən fərqlənib.
UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında növbəti qol vurulub.
Oxu.Az xəbər verir ki, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə İsveç millisi öndədir - 2:0.
65 və 71-ci dəqiqələrdə Aleksander İsak fərqlənib.
UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında hesab açılıb.
Oxu.Az xəbər verir ki, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə İsveç millisi öndədir - 1:0.
65-ci dəqiqədə Aleksander İsak fərqlənib.
Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.
UEFA Millətlər Liqasında Azərbaycan - İsveç matçında ikinci hissəyə start verilib.
Oxu.Az xəbər verir ki, qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.
Qeyd edək ki, oyunun ilk hissəsində hesab açılmayıb.
UEFA Millətlər Liqasında Azərbaycan - İsveç matçında ilk hissə başa çatıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.
Qeyd edək ki, oyunun ilk hissəsində hesab açılmayıb.
UEFA Millətlər Liqasında Azərbaycan - İsveç matçına start verilib.
Oxu.Az xəbər verir ki, görüş C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisi İsveçlə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Qeyd edək ki, qarşılaşmanı Balaş Berkeyin başçılıq etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.
5 sentyabr
UEFA Millətlər Liqası
Qrup mərhələsi
Azərbaycan - İsveç
Saat 20:00, Tofiq Bəhramov Stadionu
Rəylər