Müstəqil Azərbaycan radiosunun məşhur aparıcısı Elçin Turabov vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər.
1965-ci il təvəllüdlü Elçin Turabov "215 kl" radio studiyası ilə uzun müddət əməkdaşlıq edib. O həmçinin təsisçisi olduğu "106 FM" radiosunda da aparıcılıq edib. Elçin Turabov daha sonra "Avropa Plus" radiosuna dəvət alıb və bir müddət orada çalışıb.
O, həm də ANS televiziyasında işləyib.
Rəylər