Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"UFC Fight Night": Nazim Sadıxov rəqibini NOKAUT ETDİ
Bakıda keçirilən "UFC Fight Night" döyüş gecəsində təmsilçimiz Nazim Sadıxov güclü rəqibinə qalıb gəlib.
Oxu.Az xəbər verir ki, əsas kartda yer alan ilk azərbaycanlı döyüşçü Nazim Sadıxov braziliyalı Nikolas Mottanı nokaut edib.
Beləcə, Nazim Bakıda UFC turnirində ilk nokautu da gerçəkləşdirib.
Bu, Nazim Sadıxovun karyerasında 11-ci qələbə olub.
Daha çox foto burada: PhotoStock.az
"UFC Fight Night"da əsas kartda yer alan ilk azərbaycanlı döyüşçü Nazim Sadıxov oktaqona çıxıb.
Oxu.Az xəbər verir ki, azərbaycanlı idmançı "Baku Crystall Hall"da braziliyalı Nikolas Motta ilə qarşılaşır.
Qeyd edək ki, Nazim Sadıxov son döyüşünü 2024-cü il fevralın 16-da Las-Veqasda keçirib. O, braziliyalı İsmael Bonfimi texniki nokautla məğlub etməyi bacarıb.
Təhməz Əsədov