"Azərbaycan və Ermənistan arasındakı gərgin münasibətlər Bakıda keçiriləcək UFC turnirinin təhlükəsizliyinə təsir göstərməyəcək".
Oxu.Az UFC-nin saytına istinadla xəbər verir ki, bunu UFC-nin rəhbəri Dana Uayt mətbuat konfransında jurnalistin müvafiq sualını cavablandırarkən deyib.
O vurğulayıb: "Bu vəziyyətin təhlükəsizliyə təsir göstəriciyini düşünmürəm. Demək istəyirəm ki, əgər döyüşçülərin təhlükəsizliyinə hər hansı bir real təhdidlər olsaydı, orada turnir keçirməzdik".
Xatırladaq ki, iyunun 21-də Bakıda UFC turniri keçiriləcək.