"Real Madrid" komandasının qapıçısı Andrey Lunin karyerasını İngiltərədə davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə MSN məlumat yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı ukraynalı ilə "Mançester Yunayted" klubu maraqlanır. Komandanın baş məşqçisi Ruben Amorim yeni qapıçı almaq istəyir, siyahıda birinci "Aston Villa"dan Emiliano Martinez, ikincisi isə Lunindir.
Qeyd edək ki, 2024/25 mövsümündə Lunin 14 oyun keçirib, 19 qol buraxıb və 6 görüşdə qapısını toxunulmaz saxlayıb.
"Transfermarkt" portalı futbolçunun dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.