Donetsk vilayətində yeni yaradılmış "Şaxtyor" klubu Rusiya çempionatında çıxış edə bilər.
Oxu.Az "Sport Baza" nəşrinə istinadən xəbər verir ki, klubun Rusiyanın II liqasında mübarizə aparmaqla bağlı qərar qəbul etdiyi iddia olunur.
Məlumata görə, klub lazımi lisenziyalaşdırma və müraciət prosedurlarını tamamlayaraq, Rusiya Futbol Federasiyasından icazə alıb.
Bildirilib ki, Donetsk klubu II liqanın B qrupunda mübarizə aparacaq və ev oyunlarını Krımda keçirəcək. Məşhur komandanın Rusiya Kubokunda iştirak etməyəcəyi də vurğulanır.
"Şaxtyor"un belə addım atacağı rəsmiləşərsə, məsələyə UEFA-nın necə reaksiyası verəcəyi də maraq doğurur.