“Barselona”nın baş məşqçisi Ernesto Valverde güman ki, tezliklə öz vəzifəsini tərk edəcək.
“Catalunya Radio” məlumat yayıb ki, bugünkü görüşdə “Barsa” rəhbərliyi Valverdeyə müqaviləni pozacaqları barədə məlumat verib. Detallar agentlə müzakirə ediləcək.
ESPN-in jurnalisti Moi Lorens qeyd edib ki, Valverdenin bazadakı əşyaları artıq yığılıb. Sabah o, komandası və ştabla vidalaşacaq.
Qeyd edək ki, bundan əvvəl “Barselona”nn əfsanəsi Xavi kluba dərhal başçılıq etməkdən imtina etmişdi. Klub digər namizədləri nəzərdən keçirir. Onların arasında Maurisio Poçettino da var.
Rəylər