AVRO-2020-nin ilk VAR texnologiyasına müraciət olunan matç məhz Bakıda keçirilən oyun olub.
Oxu.Az-ın xəbərinə görə, Bakı Olimpiya Stadionunda hazırda davam edən Uels – İsveçrə matçında ikincilər meydana yeni daxil olmuş Mario Qavranoviçlə qol vurub.
Lakin VAR texnologiyasından sonra qolun oyundankənar vəziyyətdə vurulduğu müəyyənləşib və hesab dəyişməyib.
Qeyd edək ki, bu, həm də Azərbaycan məkanında VAR texnologiyasının qüvvəyə düşdüyü ilk matç kimi tarixə düşüb.
Səbuhi Musayev