Bu gün I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, üçüncü yer uğrunda Serbiya ilə qarşılaşan Azərbaycan yığması əvvəlcə 2:1 hesabı ilə öndə olsa da, üstünlüyünü sonadək saxlaya bilməyib.
Tay-brekədək davam edən görüş serbiyalıların qələbəsi ilə başa çatıb:
Azərbaycan – Serbiya - 2:3 (25:21; 19:25, 25:17, 14:25, 9:15)
Finalda isə Polşa ilə qarşılaşan Türkiyə yığması inamlı qələbə qazanıb - 3:0 (25:11, 25:19, 25:13).
Beləliklə, voleybol üzrə yarışlarda Avropa Oyunlarının qızıl medalını Türkiyə, gümüş medalını Polşa, bürünc medalını isə Serbiya yığması qazanıb.
Millimiz dördüncü yerdə qərarlaşıb.