Voleybolçu qadınlar arasında Avropa çempionatının qalibi müəyyənləşib.
Oxu.Az-ın "Report"a istinadən məlumatına görə, Bakıdakı Milli Gimnastika Arenasında keçirilmiş final görüşündə Serbiya və Hollandiya milliləri üz-üzə gəlib.
Serbiya 3:1 hesabı ilə qalib gələrək, qızıl medala yiyələnib. Hollandiya isə gümüş medalçı olub.
Qeyd edək ki, bürünc medala Türkiyə millisi layiq görülüb.
N.O.