"Türkiyə millisi 2026-cı il dünya çempionatında üzərindəki təzyiqin öhdəsindən gələ bilməyib".
Oxu.Az "Magenta TV"yə istinadən xəbər verir ki, bu fikri "Borussiya Dortmund" və "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp səsləndirib.
Alman mütəxəssisin sözlərinə görə, türk futbolçuları kifayət qədər qələbə istəyinin və ya fədakarlığının olmamasında ittiham etmək qeyri-mümkündür.
"Təzyiq çox böyük idi və onlar bunun öhdəsindən gələ bilmədilər. Qələbəyə elə can atırdılar ki, müdafiə ilə hücum arasındakı balansı tamamilə unutdular", - deyə Klopp vurğulayıb.
O əlavə edib ki, psixoloji problemlər Vinçentso Montellanın komandasına öz oyununu bərpa etməyə imkan verməyib.
Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsinin startında rəqib qapılarına vurduqları 62 zərbəyə rəğmən, qol vura bilməyərək ardıcıl iki oyunda - Avstraliya (0:2) və Paraqvay (0:1) millilərinə məğlub olublar.