Zimbabvenin “Evport Siti” klubunun azarkeşi Maksvell Munemo komandanın baş məşqçisi Klever Muzadzini “Zaoqa” klubu üzərində qələbədən sonra öldürüb.
Oxu.Az-ın The Sun nəşrinə istinadən məlumatına görə, qarşılaşma “Evport Siti” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin Munemo qələbəni kifayət qədər uğurlu saymayıb və mütəxəssisə boğazından yumruq ilə zərbə vurub. Baş məşqçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Dindirilmə zamanı azarkeş əməlini komandasının az qol vurmasından narazı qalması ilə izah edib.
S.B.
www.oxu.az