İyul ayının nəticələri sayca 4-cü ardıcıl araşdırmamdır. Bundan əvvəl, Aprel, May və İyun ayları üçün yerli və xarici kanalları araşdırmışdım. Nəticələrin mənbəsi haqqında ilk yazımda məlumat vermişdim.
Yerli televiziya xidmətləri operatorlarından birinin İPTV xidməti abunəçiləri arasında TV kanalların izlənmə saatlarına əsasən 200 kanalı yenə 3 əsas kateqoriyaya bölmüşəm: Azərbaycan kanalları, Rusdilli kanallar və Türkdilli kanallar. Bundan əlavə Uşaq kanallarını ayrıca təqdim edirəm.
İyul ayı təbiət qoynunda ən aktiv istirahət baxımından ən münasib aylardan olduğundan ümumiən televiziya kanalların izlənməsi kəskin azalıb. Lakin bina baxmayaraq ötən ayı lideri bu ay da birinciliyi əldən verməyib.
Başda ümumi siyahının lideri ATV olmaqla, yerli kanallarımızın sıralaması belədir:
| 200 kanallıq sıralamada yeri | Kanalın adı | Ay ərzində izlənmə saatı |
| 1 | ATV | 21550 |
| 4 | Xəzər TV | 17579 |
| 12 | AZ TV | 8562 |
| 18 | Space TV | 8118 |
| 19 | ARB TV | 6951 |
| 25 | İctimai TV | 5402 |
| 27 | Lider TV | 4824 |
| 31 | İdman AZ | 4267 |
| 42 | CBC | 3273 |
| 43 | İnter AZ | 3257 |
| 50 | ARB Günəş | 2529 |
| 52 | Mədəniyyət | 2452 |
| 94 | CBC Sport | 933 |
İyul ayı həm xarici həm də yerli kanalar arasında lider ATV Azərbaycan kanalı olub. ATV ötən aya nisbətən təqribən 14462 saat az izlənilərək ümumi 21550 izlənmə saatı toplayıb. Xəzər TV isə 2-ci ən baxımlı Azərbaycan kanalı olaraq ATV-dən bu ay bir qədər fərqlə geridə qalır. Eyni zamanda Xəzər TV ümumi siyahının 4-cü baxımlı TV kanalıdır. Növbəti iki TV kanal, AZTV və Space TV isə ölkənin iki lider TV kanalından dəfələrlə geri qalırlar və iyun ayı demək olar ki, bərabər nəticə göstəriblər. Ötən aya nisbtən Space TV üçün toplam 8118 kifayət qədər yaxşı nəticə deməkdir. ARB TV isə bir qədər az 6951saat izlənib və demək olar ki, hər ay stabil olaraq ümumi siyahının ilk 20-liyinə düşür. Ümumi siyahının 25-ci, yerli kanalların isə 6-sı isə İyul ayı 5402 saat izlənilən, İctimai TV olub.n Ardınca isə biri birlərində çox az fərq ilə, ardıcıl olaraq, Lider TV, İdman AZ, CBC və İnter AZ TV kanalları qərarlaşır. Yerli kanalların 2017 İyul ayı üçün olan cədvəlinin dibini isə ARB Günəş, Mədəniyyət və CBC Sport kanalları qapayırlar. Xatırladım ki, CBC Sport ötən ay da ən az baxılan yerli kanal olmuşdur. Ehtimal etmək olar ki, Avqust ayından Futbol üzrə Topaz Premyerliqasının başlaması ilı bu kanalın izlənmə saatları artacaq.
Türk kanallarına gəldikdə isə, nəticələr belədir:
| 200 kanallıq sıralamada yeri | Kanalın adı | Ay ərzində izlənib (saat) |
| 2 | Star | 18376 |
| 5 | Show TV | 12958 |
| 9 | ATV Türk | 9710 |
| 15 | Kanal 7 | 8267 |
| 20 | TV 8 | 6888 |
*Siyhaıda FOX Türk və Kanal D yoxdur. Bu kanallar artıq Azərbaycanda yayımlanmır.
Ötən ay olduğu kimi, Star TV ümumi siyahıda yenə ikincidi, lakin Türk kanalları arasında hələ də liderdir – 18376 saat. İzlənmə saatlarını itirən türk kanalları arasında yeganə fərqlənən kanal bu ay Show TV ol. Kanal ötən ay olduğu kimi, bu ay da demək olar ki eyni nəticə gösətərib, 12958 bununla da xeyli irəliləyib. TV 8 isə geriləməkdə davam edir. Ötən ay ümumi siyahıda 6-cı olan kanal bu il ciddi gerilələyərək 20-ci olub. Türk kanalları arasında isə, 6888 saatla 5-cidir. TV 8 kanalının Maşa və Ayı cizgi filmini türkcə yayımlamağa başlayanda bunun iyul ay müsbət nəticə verəcəyini proqnoz etmişdik, lakin görünür yanılmışıq, türk uşaqlarına bu cizgi filmi o qədər də maraqlı gəlməyib yəqin ki. 3-cü baxımlı türk kanalı isə ATV Türk kanalıdır, 9710 saat. 4-cü isə, Kanal 7, 8267 saat.
Rus kanallarına baxdıqda isə, nəticələr belədir:
| 200 kanallıq sıralamada yeri | Kanalın adı | Ay ərzində izlənib (saat) |
| 3 | Первый | 18073 |
| 6 | НТВ | 11329 |
| 7 | Nickelodeon | 9931 |
| 8 | Россия 1 | 9819 |
| 10 | СТС | 9651 |
| 11 | ТНТ | 8682 |
Rus kanalları adətən ayrı ayrılıqda əsas Türk kanallarına nisbətən az baxılsa da bu ay demək olar ki, bərabər nəticə göstəriliblər. Daha dəqiq desək, türk kanallarından fəqrli olaraq rus kanalları geriləməyiblər əksinə daha çox izləniblər. Ən yüksək sıçrayış Nickelodeon kanalında müşahidə olunur. Bu uşaq kanalı 9931 saatla ümumi siyahıda 7-ci, rusdilli kanallardan isə 3-cü olub. 1-ci yer isə yenə də Первый kanalar məxsusdur, 18073 saat və ümumi siyahıda 3-cü yer. Ardınca isə НТВ 11329 saatla ümumisiyahının 6-cısı. Ardınca isə siyahıda 4-cü Rus kanalı, Россия 1-dir, 9819 saat. Daha populyar hesab etdiyim, СТС və ТНТ kanalları isə, ümumi siyahıda ardıcıl olaraq 10 və 11-cidilər. Ardıcıl olaraq, 9651 və 8682 saat.
Qeyd etdiyim kimi, Nickelodeon kanalı bu ay çox yüksək nəticə göstərərk ümumi TOP 10-da 7cidir. Qalan uşaq kanalları da TOP-larda olmasalar da hər 3 dil kateqoriyasında orta yerlərini qoruyurlar. Uşaq kanalların cədvəli belədir:
| 200 kanallıq sıralamada yeri | Kanalın adı | Ay ərzində izlənib (saat) |
| 7 | Nickelodeon | 9931 |
| 21 | Nick Jr | 6847 |
| 22 | Cartoon Net.. | 5780 |
| 28 | TRT Çocuk | 4775 |
| 29 | Карусель | 4691 |
| 33 | Disney RUS | 4143 |
| 50 | ARB Günəş | 2529 |
| 54 | Minika Çocuk | 2294 |
Ən baxımlı 8 uşaq kanalları sırasında 5 Rus, 2 Türk və 1 Azərbaycan kanalı var. İyul ayının ən baxımlı uşaq kanalı rusdilli Nickelodeon olub, 9931 saat. Nick Jr isə, uşaq kanalları sırasında ikincidir, 6847 saat. Burada da türk dilli kanallar bu ay geriləyib, belə ki 3-cü ən baxımlı türkdilli uşaq kananlı TRT Çocuk 4775 saatla bu ay 4-cü olub. TRT Çocuk ötən aykı 3-cü yerini Cartoon Network kanalına verib, 5780 saat. Siyahıda növbəti uşaq kanalları isə müvafiq olaraq 4691, 4143, 2529 saat ilə Карусель, Disney Rus və ARB Günəş qərarlaşıblar. Daha sonra isə 2294 saat ilə Minika Çocuk kanalı yer alır.
İyun ayının nəticələri ilə müqayisədə İyul ayı izlənmə saatlarının artımına görə aşağıdakı 3 kanalı qeyd etmək olar:
| Kanalın adı | İyun (saat) | İyul (saat) | Saat fərqi |
| Nickelodeon | 6894 | 9931 | 3037 |
| Кинохит | 5476 | 8367 | 2891 |
| НТВ | 8871 | 11329 | 2458 |
İyun ayının nəticələri ilə müqayisədə İyul ayı izlənmə saatlarında geriləməyə görə isə aşağıdakı 3 kanalı qeyd etmək olar:
| Kanalın adı | İyun (saat) | İyul (saat) | Saat fərqi |
| ATV AZ | 36012 | 21550 | -14462 |
| Star | 25754 | 18376 | -7378 |
| TV 8 | 12950 | 6888 | -6062 |
Göründüyü kimi, irəliləmə əsasən rusdilli kanallarda qeydı alınıb, geriləməyə yerli və türk kanalları məruz qalıblar.
Sabir Məşədizadə