“Amazon”nun səhmləri 3 faiz artaraq 1017,00 dollara qədər yüksəlib.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, şirkətin səhmləri tarixdə ikinci dəfə min dollardan yuxarı qalxıb. “Amazon”un bazar dəyəri isə 498 milyard dollara çatıb.
Qeyd edək ki, “Amazon” ölkənin ən böyük pərakəndə qida şəbəkələrindən olan “Whole Foods”u 13,7 milyard dollara satın alıb. Mütəxəssislərin rəyinə görə, pərakəndə nəhəngi “Walmart”ı rəqabətdə geridə qoya bilər.
2016-cı ildə ABŞ-ın pərakəndə ticarət sektorunda 34 faiz payı olan “Amazon”un sektordakı bazar payının 2021-ci ildə 50%-ə yüksələcəyi ehtimal edilir.
L.Ə.