“Apple” şirkəti iOS əməliyyat sistemində ən gözəl əlavələrin siyahısını yeniləyib.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər bu reytinqdə “Splitter Critters” proqramını lider seçib.
Yeni nəsil oyun olan “Splitter Critters” əvvəllər başqa cür adlanırdı, ancaq analoji struktura malik idi. Proqramın yeni versiyası təxminən bir il əvvəl istifadəyə verilib və “Almalı cihazlar”ın istifadəçiləri arasında böyük populyarlıq qazanıb.
Son beş ay ərzində bu oyun 3 milyon dəfədən artıq yüklənib. O zaman oyunun tərtibatı ilə “RAC7 Games” studiyası məşğul olub.
Ən rəngarəng əlavələrin siyahısında ikinci yerdə “Untame” şirkətinin istehsal etdiyi “Mushroom 11” oyunu qərarlaşıb. Fəxri üçüncü yeri isə"Drinkbox Studios” tərəfindən yaradılan “Severed" əlavəsi tutub.
Sonuncu əlavə unikal interfeysə malikdir və “Android” əməliyyat sistemində virtual reallıq eynəkləri ilə işləyir. Tərtibatçılar qeyd ediblər ki, analoji variantın iOS proqramları üçün də tətbiq olunması nəzərdə tutulub.
U.A.
www.oxu.az