Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Google"dan "Chrome" brauzerini satmağı tələb etdilər
"Google" şirkəti axtarış seqmentində monopoliya hesab edildiyi üçün ABŞ səlahiyyətliləri onun bölünməsini tələb edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Times" (NYT) məlumat verib.
ABŞ Ədliyyə Nazirliyinin tələblərindən biri kimi "Chrome" brauzerinin satışının irəli sürüldüyü bildirilir. Məlumata görə, o, internet istifadəçilərinin "Google" xidmətlərinə cəlb edilməsində əsas mövqe tutur.
Qeyd olunur ki, bu iş üzrə məhkəmə iclasları üç həftə davam edəcək.
ABŞ Ədliyyə Nazirliyinin açıqlamalarını şərh edən"Google"dan qeyd olunub ki, istifadəçilər şirkətin xidmətlərinin keyfiyyətinə dəyər verirlər və onları könüllü olaraq seçirlər. Korporasiyanın nümayəndələri antiinhisar qanunlarının pozulması ilə bağlı ittihamları rədd ediblər.
Ədliyyə Nazirliyinin korporasiyanı monopoliya kimi tanıdıqdan sonra onu bölmək planları barədə daha əvvəl - 2024-cü ilin avqustunda məlumat verilmişdi. Korporasiyanın böyük həcmdə məlumatları rəqib şirkətlərlə paylaşmağa məcbur edilməsi planlaşdırılırdı.
"Google korporasiyası" teqi üzrə xəbərlər
- "Google" gələcəyin enerjisini seçdi: Süni intellekt üçün atom stansiyaları tikir
- İnternetdə böyük dəyişiklik? "Yahoo" "Chrome"un yeni sahibi ola bilər
- "Google"dan şəkillərlə bağlı YENİLİK: Hər bir detala ayrıca diqqət edəcək
- Avtomobillərin ekranında oyun oynamaq dövrü başlayır
- SMS ləğv edilir: "Gmail" təhlükəsizlik üçün inqilabi yeniliyə gedir