“Huawei” şirkəti noyabr ayının 14-də Gəncə şəhərində Azərbaycan Respublikasının Dövlət Aqrar Universitetində Azərbaycanda ilk Huawei Təhsil mərkəzini açdı.
Təhsil Mərkəzi müasir kompüterlər, İKT mövzusunda kitablar, yüksək sürətli internet ilə təmin olunub. Bu təhsil mərkəzinin açılmasının əsas məqsəd tələbələrin yüksək sürətli internetlə və İKT haqqında daha ətraflı məlumat əldə etmələrinə şərait yaratmaqdır.
Noyabr ayının 17-si Huawei Təhsil mərkəzi Lənkəran şəhərində Lənkəran Dövlət Universitetində, 21-də isə Şəki şəhərində Azərbaycan Respublikası Dövlət Pedaqoji Universitetində açılmışdır.
Bu layihə “Bakcell” şirkətinin, AZƏRTAC informasiya agentliyinin və Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir. Layihənin məqsədi dünyanı Azərbaycan və onun xalqı ilə tanış etməkdir.
U.A.
www.oxu.az