"Bugünkü məqsədimiz əmək bazarının gələcək inkişafını müəyyənləşdirən mühüm dialoqa və strateji fikir mübadiləsinə olan tələbdir. "Gələcəyə tərəf" devizi altında keçirilən Gələcəyin Peşələri Sammiti insan kapitalının inkişafı, rəqabətədavamlı kadr potensialının formalaşdırılması və bilik iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində dövlətimizin ardıcıl və məqsədyönlü siyasətinin göstəricisidir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Bakıda ilk dəfə keçirilən Gələcəyin Peşələri Sammitində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O bildirib ki, qlobal miqyasda baş verən proseslər göstərir ki, süni intellektin sürətli inkişafı, rəqəmsallaşmanın genişlənməsi və avtomatlaşdırmanın yeni mərhələsi dünya əmək bazarının strukturunu köklü şəkildə yenidən formalaşdırır:
"Nəticədə, bir çox ənənəvi peşələr yeni məzmun qazanır, əmək resurslarına yönəlik tamamilə fərqli bacarıq profilləri meydana çıxır".
Məhərrəm Əliyev