Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiya "Telegram"ı cərimələdi: Mesencer hansı paylaşımları silməkdən imtina edib?
Rusiya paytaxtı Moskvanın Taqanski Məhkəməsi "Telegram"ı İŞİD-in təbliğatını aparan kanalları, habelə saxta sənədlərin satışı ilə bağlı məlumatları silməkdən imtina etdiyinə görə cərimələyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS məlumat verib.
Məlumata görə, sənədlərdən müəyyən olur ki, "Telegram" mesenceri 4 milyon rubl (təxmini 63 min manat) cərimə ödəməlidir.
Qeyd olunub ki, şikayət ərizəsi "Roskomnadzor"a Rusiya baş prokurorunun birinci müavinindən daxil olub. Bundan sonra mesencer barəsində qadağan olunmuş məlumatların silinməməsi ilə bağlı protokol tərtib edilib.
Həmçinin, materiallarda bildirilir ki, mesencerin cəzalandırılmasının digər səbəbi də qanunsuz kütləvi tədbirlər haqqında məlumatların və Rusiya ordusunu nüfuzdan salan paylaşımların silinməsindən imtina etməsi olub.
Xatırladaq ki, "Telegram"ın cərimələnməsi ilə bağlı qərar dekabrın 3-də verilsə də, o zaman səbəb göstərilməmişdi.
Rəylər