Yay ayları bir çox məişət texnikası üçün əsl sınaqdır. İsti hava şəraitində təkcə kondisioner yox, keyfiyyətli soyuducu da əsas şərtdir. Kompressor soyuducunun vacib bir hissəsidir. Bu hissədən soyuducunun istismar müddəti və saxlanılan ərzaqların keyfiyyəti asılıdır. Buna misal olaraq, yay aylarında biz soyuducunu mümkün qədər az ərzaqla doldururuq, çünki soyuducunun böyük həcmdə ərzaq məhsullarını soyutmağa gücü çatmır və onlar korlanır. Lakin “Digital Inverter Compressor Samsung” soyuducuları ilə bu hal yaşanmır. Belə ki, iki ayrı tip kompressorla təchiz olunan adi və inverter texnologiyalı soyuducular bir-birindən iş prinsipi ilə deyil, “taktikası” ilə fərqlənir. Xətti kompressorun fəaliyyəti zamanı cihazın maksimal işləmə gücü işə salınır və tələb olunan temperatur əldə olunduqda avtomatik sönmə baş verir. Yəni, soyuducu kameranı müəyyən temperatura qədər soyudur, sonra isə sönür. “Digital Inverter Compressor” isə daha “ağıllı” işləyir, lazım olan temperaturu əldə etdikdə o sönmür, sadəcə, işləmə gücünü azaldaraq, dövrə sayını aşağı salır və müəyyən edilmiş temperaturu qoruyub saxlayır.
Yeni “Digital Inverter Compressor”lu soyuducular hər kəsin zövqünü oxşayacaq geniş model sırası deməkdir. Burada hər kəs özünə uyğun model tapa biləcək. Bütün yeni texnologiyalı modelləri birləşdirən xüsusiyyətlər bunlardır – qənaətcillik, uzun ömürlülük və tutumluluq. Yeni modellər iş prosesi zamanı müntəzəm olaraq yanıb-sönmədikləri üçün soyuducular daha uzunömürlü və qənaətcildirlər. Belə ki, yuxarı buzluqlu inverter soyuducuları elektrik enerjisi sərfiyyatını 29%, aşağı buzluqlu modellər isə - 24% azaldır.
İncə və zərif dizayna baxmayaraq, “Samsung”un “Digital Inverter Compressor”lu modelləri olduqca tutumludur. Burada həm qapı cibləri, həm də “çəkilə bilən” Easy Slide rəfi nəzərdə tutulub. Bəzi modellər isə saxlama sahəsinin dərhal böyüdülməsi üçün “yığıla” bilən rəf ilə təchiz olunub. Siz əmin ola bilərsiniz ki, kameranın doldurulma səviyyəsindən asılı olmayaraq, bütün ərzaqlarınız korlanmadan, təzə qalacaq. Multi Flow funksiyası sayəsində soyudulmuş hava kütləsi hər bir rəfə çıxışı olan ventilyasiya məsamələri vasitəsilə paylanaraq, soyuducuda sabit temperatur yaradır və məhsulları uzun müddət təzə saxlayır. “NoFrost” texnologiya sayəsində isə soyuducunun donunu açmaq lazım gəlməyəcək. “Samsung” soyuducularının soyutma kamerası kondensassiyadan qorunma hesabı ilə yaradıldığı üçün məhsulları yararsız edən kif və bakteriyalar haqda narahat olmağa dəyməz. Siz vaxtınıza qənaət edirsiniz, ərzaqlarınız isə daim təzə qalır.
Tətil planlaşdıranlar üçün isə bəzi modellərdə “Tətil” rejimi nəzərdə tutulub. İntelektual tətil rejimi soyuducunun əsas kamerasını söndürərək ancaq buzluğu işə salır. Bunun sayəsində həm ərzaqlarınız korlanmır, həm də elektrik enerjisi istifadəsinə qənaət edilir.
Yeni “Samsug” modelləri xırdalıqlara qədər düşünülüb. Belə ki, bu modellər içində reversiv qapı ilə təchiz olunanları da mövcuddur. Bu, mətbəxinizin quruluşunu pozmadan soyuducunu tənzimləməyə imkan yaradır. İndi soyuducu qapısının hansı tərəfə açılacağına siz qərar verirsiniz, istədiyiniz vaxt qapı mexanizmi dəyişilərək, sağ və ya sol tərəf istiqamətində açılması təmin edilir.
“Digital Inverter Compressor”lu “Samsung” soyuducuları sizə seçim azadlığı bəxş edəcək, yeni nəsil soyuducularıdır. İndi soyuducunuz sizin nə istədiyinizi bilir.
“Digital Inverter Compressor” ilə təchiz olunmuş “Samsung” soyuducuları haqqında ətraflı məlumatı “Baku Electronics”, “Kontakt Home”, “Optimal” və “Maxi.az” rəsmi mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.