"YouTube", "TikTok", "Instagram" və digər sosial şəbəkələrin Türk Dövlətləri Təşkilatında (TDT) nümayəndəliyinin yaradılması təklif olunur".
Oxu.Az xəbər verir ki, bunu Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratova Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, media savadlılığı hər zaman həyatımızda ön sırada olmalıdır:
"Media savadlılığı beynimizə həkk olunmalıdır. Bizim üçün əsas məsələ o olmalıdır ki, məlumatı təqdim edilən kimi qəbul etməyək. Boşuna deməyiblər ki, informasiya 21-ci əsrin neftidir. Biz xam nefti neçə emal ediriksə, informasiyaya da eyni şeyi tətbiq etməliyik. Ölkəmizdə feyk xəbərlərlə bağlı qanun var. İnsanları təhqir edən, şübhə yaradan məlumatlar yoxlanılır. Bundan başqa, ölkəmizdə sosial media platformalarının - "Instagram", "Facebook", "YouTube", "TikTok"un rəsmi nümayəndəliyi yoxdur. Yaxşı onlardı ki, onların Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində nümayəndəliyi yaradılsın".
Aqil Vəlili