“Facebook”a məxsus “WhatsApp” messenceri bundan sonra istifadəçilərin məlumatlarının şifrələnməsi texnologiyasından istifadə etməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə “Akket” nəşri yazıb.
Məlumata görə, yenilik sayəsində xüsusi xidmət orqanları asanlıqla istifadəçilərin bütün yazışmalarını oxuya biləcəklər.
Qeyd olunur ki, messencer rəhbərliyi “Facebook”un tələbi ilə bu addımı atmalı olub.
“Güc qurumları (tez-tez baş verən terror aktlarına görə) daha çox bu fikrə gəlirlər ki, cinayətkarlar məşhur messencerlər üzərindən ünsiyyətə üstünlük verirlər”, - “Akket” yazır.
Bütün “WhatsApp” istifadəçilərinin yazışmalarının şifrəsinin artıq 2019-cu ildə dayandırılacağı gözlənilir.
Rəylər