Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Wi-Fi" vasitəsilə insanların axtarışı üçün sistem yaradılıb
Rusiyanın Sibir Dövlət Telekommunikasiya və İnformatika Universitetinin alimləri "Wi-Fi" vasitəsilə 5-7 metr dəqiqliklə insanın qapalı məkanda yerini təyin etmək üçün sistem yaradıblar.
Yeni icad unikaldır, çünki mobil şəbəkələr yeri yalnız 300-500 metr dəqiqliklə müəyyən edir və peyk siqnalı divarlardan və digər maneələrdən keçməyə bilər.
Sistem binaların, şaxtaların və yeraltı binaların daxilində axtarış işlərində, məktəblilər üçün valideyn nəzarətində, habelə əlilliyi olan insanlar üçün böyük binaların içərisində oriyentasiyaya köməklik etmək üçün istifadə edilə bilər.
"Wi-Fi"a çıxışı olan cihaz şəbəkəyə giriş nöqtələrinin parametrlərini və bu nöqtələrdən istənilən obyektə siqnal səviyyələrini təyin edir. Sistem bu məlumatları toplayır və serverə göndərir, burada hər bir nöqtəyə qədər olan məsafə hesablanır və obyektin koordinatları müəyyən edilir. Ətrafdakı "Wi-Fi" nöqtələri nə qədər çox olsa, nəticə bir o qədər dəqiq olur.
Mənbə: TASS
Rəylər