Sen
2019
19:20
184
20
3709
Virtual karabakh

Məktəblilərimiz Beynəlxalq Meqapolis Olimpiadasından beş medalla dönür

6 Sen, 2019
19:20
3709

Məktəblilərimiz Beynəlxalq Meqapolis Olimpiadasından beş medalla dönür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis Olimpiadası keçirilib.

Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Olimpiadada ölkəmizi təmsil edən məktəblilər uğurla iştirak ediblər.

İnformatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov gümüş, Murad Eynizadə bürünc medala layiq görülüblər.

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Murad Ağazadə gümüş, kimya fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Xanım Yaqublu və Aydan Nağızadə gümüş medal qazanıb.

Beləliklə, məktəblilərimiz dörd gümüş və bir bürünc medal qazanaraq komanda hesabında III yerə layiq görülüblər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri