Noy
2014
21:15
82
30
14813
Virtual karabakh

Ordusu olmayan ölkələr - SİYAHI

3 Noy, 2014
21:15
14813

Ordusu olmayan ölkələr - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir sıra ölkələrin mühafizəsini ABŞ və Fransa öz üzərinə götürüb.

Dünyada ordusu olmayan 14 ölkə var.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ordusu olmayan ölkələrin başqa bütün vacib strukturları var.

Həmin ölkələrin adlarını sizə təqdim edirik:

1. Dominikan. 1981-ci ildə ordunun çevrilişə cəhd etməsindən sonra, bu ölkədə ordu ləğv edilib. Ölkədə yerli təhlükəsizlik qüvvələri lazım olan zaman ordunun funksiyalarını yerinə yetirmək vəzifəsini üzərinə götürürlər.

2. Qrenada. Bu ölkəni qoruyacaq hansısa bir ölkə də yoxdur. 1981-ci ildə bu ölkədə ordunu eyni səbəbdən ləğv edib. 

3. Andorra. Ölkədə ordu yoxdur. 3 İyun 1993-cü ildəki müqaviləyə görə, lazımlı vəziyyətdə ölkənin hərbi istiqamətdən qorunması İspaniya və Fransa tərəfindən təmin olunur. 

4. Vatikan. Bu ölkəni qoruyan gözətçi polislər isveçrəlidir. 

5. Kosta Rika. Ölkənin konstitusiyasına görə, 1949-cü ildən ölkədə ordu qadağan edilib. 1947-ci ildə imzalanan müqaviləyə görə, hər hansı bir ölkə Kosta Rikaya hücum edərsə, 21 dövlət bu ölkənin müdafiəsinə qoşulur. Bunlar arasında ABŞ, Çili və Kuba da var. 

6. Lixtenşteyn. 1868-ci ildə ordunun saxlanması xərcləri çox olduğundan, ordu ləğv edilib. O vaxtdan bu ölkə İsveçrə tərfindən zəmanət altına alınıb.

7. Palau. Ordusu olmasa da Palaunun güclü polis orqanları var. Həmçinin bu ölkəyə hər hansı bir hücum olduğu təqdirdə ABŞ tərəfindən qoruma altına alınır. 

8. Marşall Adaları. Bu ölkəni də ABŞ qoruyur. 

9. Monako. XVII əsrdə yeni silahların ixtirasından sonra ordunu ləğv edib. Bu ölkəni lazım olan zaman Fransa qorumalıdır.

10. Tuvalu. Bu ölkədə də ordu yoxdur. Ordunun funksiyalarını lazım olan zaman polis və sahil təhlükəsizlik qüvvələri üzərinə götürür. 

11. Nauru. Bu ölkənin təhlükəsizliyindən Avstraliya məsuliyyət daşıyır. 

12. Solomon Adaları. Bu ölkədə 1998-2006-ci illərdə yaşanan etnik qarşıdurmalar nəticəsində Avstraliya və digər Sakit okean ölkələri bir araya girərək sülhü təmin edib. Bu ölkədə də ordu yoxdur. 

13. Samoa. Ordu yoxdur. Lazım olan zaman Yeni Zellandiya Samaonun müdafiəsini təşkil etməlidir. 

14. Kritabi. Bu ölkənin təhlükəsizliyini polis və sahil təhlükəsizlik qüvvələri qoruyur. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri