Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

19 yaşayış məntəqəsini birləşdirən yol inşa edilir – FOTO + VİDEO
Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, “Azəravtoyol” ASC tərəfindən inşaat işləri davam etdirilir.
Bu barədə qurumdan Oxu.Az-a bildirilib.
“Sözügedən avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində problemlər yaşanırdı. Hazırda bu problemin aradan qaldırılması istiqamətində texnoloji ardıcıllığa riayət olunmaqla işlər aparılır.
Adıçəkilən avtomobil yolunun uzunluğu 39 km-dir. Artıq yolun 10 km-də işlər yekunlaşıb, hazırda digər 29 km-lik hissədə tikinti davam etdirilir. Ümumilikdə 175 min m2 ərazinin asfaltlanması nəzərdə tutulub.
Tikinti işləri bitdikdən sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq”, - deyə “Azəravtoyol” ASC-dən bildirilib.
Qurumdan həmçinin qeyd edilib ki, yolun tikintisi 51 mindən çox əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.

U.A.
www.oxu.az
"Saatlı" teqi üzrə xəbərlər
- Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs olundular
- Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub
- Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər - YENİLƏNİB + FOTO/VİDEO
- Saatlıda 64 yaşlı kişi intihar edib
- Bu gün 53 mindən artıq şagird buraxılış imtahanı verib - YENİLƏNİB + VİDEO