Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat müəyyən olunub.
Oxu.Az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin müzakirəsinə təqdim edilən "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, gələn il üçün əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat səviyyəsində müəyyən edilib.
Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.