"2026-cı ildə yeni süni intellekt həlli yaradılacaq".
Oxu.Az xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2025-ci ildəki fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

İcraçı direktor bildirib ki, bu həll xarici ölkələrdən Azərbaycana gələn şəxsləri maraqlandıran suallara cavab tapmaqda kömək edəcək:
"Bu platformada xarici vətəndaşlar yaşayış, iş qurmaq, karyera və əmək fəaliyyəti, dövlət qurumlarına əlçatanlıq və s. mövzuları əhatə edəcək suallara qısa müddətdə cavab alacaqlar".
Aygün Mirakif