"Dördüncü sənaye inqilabının ən aparıcı drayveri süni intellektdir".
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" mövzusunda keçirilən forumda deyib.
O bildirib ki, süni intellektin 2040-cı ilədək qlobal iqtisadiyyata 22 trilyon ABŞ dolları təsir edəcəyi proqnozlaşdırılır:
"Analoji hesablamanı Azərbaycan üçün aparsaq, süni intellektin 2040-cı ilədək ölkə iqtisadiyyatına təqribən 70 milyard manata yaxın yeni əlavə dəyər yaradacağı gözlənilir".
Məlik Məlikov