İsrail müdafiə naziri İsrael Kats İrana qarşı birgə əməliyyatın gedişatını müzakirə etmək üçün ABŞ hərb naziri Pit Heqsetlə telefon danışığı aparıb.
Bu barədə Oxu.Az İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
İ.Kats müharibənin bütün məqsədlərinə çatmaq məqsədi daşıyan iki ölkənin silahlı qüvvələri arasında misilsiz əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
İsrail naziri həmsöhbətinə İranın zərbələri nəticəsində altı amerikalı hərbçinin ölümü ilə bağlı da başsağlığı verib. Kats, həmçinin Heqsetə ABŞ-nin İrana qarşı əməliyyata verdiyi dəstəyə görə təşəkkür edib və ondan minnətdarlığını ABŞ Prezidenti Donald Trampa çatdırmasını istəyib.
Heqset isə öz növbəsində İrana qarşı mübarizədə Prezident Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun əməkdaşlığın regionda və dünyada tarixin gedişatını dəyişdirəcəyinə inandığını bildirib.