ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tong aprelin 15-də Azərbaycana səfəri çərçivəsində Ələtdə tikilməkdə olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edib.
Limandan Oxu.Az-a verilən məlumata görə, səfərin məqsədi Yeni Bakı Limanının fəaliyyəti, o cümlədən Limanın imkanları və gələcək planları barədə müzakirələr aparmaq olub.