Azərbaycan neftinin bahalaşması davam edir.
Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,26 dollar və ya 0,48% artaraq 54,97 dollar təşkil edib.
Qeyd edək ki, dünya bazarında Brent markalı neftin qiyməti 55,69 dollar, WTI neftinin qiyməti isə 52,55 dollara satılır. Ekspertlər bu gün neftin qiymətinin ABŞ tərəfindən Suriyaya atılan raket zərbələri fonunda artdığını bildirirlər.
U.A.
www.oxu.az