2017-cı ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a, əsasən, Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 10 mln. kubmetr, ümumilikdə isə 1,8 mlrd. kubmetr səmt qazı verilib.
Oxu.Az AÇG-nin operatoru “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Bildirək ki, AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), İNPEX (11%), “Statoyl” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%). AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
L.Ə.