Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) mövcud olduğu müddət ərzində yalnız bir üzv-bank (Royal Bank) müflisləşib və həmin prosesdə müflis olmuş üzvün aktivlərinin idarə edilməsi təcrübəsi qazanılıb.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, ADİF icraçı direktoru Azad Cavadov bildirib ki, hal-hazırda fondun status və səlahiyyətlərini artıran qanunvericiliyə dəyişikliklər edilməsi işi başlanıb.
“Dünya təcrübəsində əmanətlərin sığortalama fondları üçün dörd səviyyə var: pay-box (bank-üzvün müflisləşməsi zamanı əmanətin ödənilməsi), genişləndirilmiş pay-box (müflisləşməsi elan edilmiş bankın aktivlərinin idarə edilməsi və əmanətin ödənilməsi), loss minimizer (tənzimləyicinin versiyasına görə müflisləşmə təhlükəsi altında olan bank-üzvlərin daxil olması və onların sanksiyalarında iştirak) və risk minimizer (fondun öz hesablamalarına görə müflisləşmə təhlükəsi altında olan bank-üzvlərin daxil olması və onların sanksiyalarında iştirak). Hal-hazırda ADİF-in statusu – pay-box səviyyəsindədir, amma qanun bizə bankın idarəçiliyində, və ya bankın ləğv edilməsində iştirak etməyə icazə verir. Biz artıq fondun loss minimizer və ya risk minimizer səviyyəsinə qalxması üzərində çalışırıq – ADİF-in gələcək format və səlahiyyətləri barədə qərar qəbul edilməyib. Bu elə də sadə məsələ deyil, bu həm əmanətlərin sığortalanması barədə qanuna, həm də digər, məsələn, banklar, müflisləşmə, eləcə də bu qəbildn olan diğər qanunlara dəyişiklik etməyi tələb edir” – Cavadov bildirib.
“Biz həmçinin ADİF-in səlahiyyətlərinin genişləndirilməsi üçün əməkdaşları hazırlayırıq, onlar fəal şəkildə dünyada liderlik edən sığortalama fondlarının təcrübəsini öyrənir. Bu gələcəkdə həmin sığortalama fondlarının sistemlərinin Azərbaycan təcrübəsinə və qanunvericiliyinə uyğunlaşdırmaq üçün lazımdır”, - Cavadov dedi.
Avqustda ADİF türk əməkdaşları ilə xüsusi konfrans keçirəcək.