Ağdam rayonunun 4 saylı yaşayış massivi üzrə su-kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işlərinin satın alınması ilə bağlı müsabiqənin nəticəsi açıqlanıb.
Oxu.Az xəbər verir ki, tenderin sifarişçisi Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsdir.
Satınalma üzrə qalib "Az Technocon Group" MMC olub.
Tenderin məbləği 3 milyon 269 min 870 manat təşkil edir.