Ağdam rayonunun Qərvənd və Eyvazxanbəyli kəndlərinin su təchizatı və kanalizasiya sisteminin tikintisinə sərf ediləcək vəsaitin həcmi məlum olub.
Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı hazırlıq işlərini yekunlaşdırıb.
Belə ki, inşa işlərini "T.T.Ş.-İnşaat" şirkəti həyata keçirəcək.
Bu prosesə 13.8 milyon manat vəsait sərf ediləcək.
Qaynar xətt:
(055) 224 12 12