Azərbaycandan Türkiyənin kurort şəhərlərindən biri hesab edilən Antalyaya gedən azərbaycanlıların sayında artım müşahidə edilir.
Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Cari ilin 1-16 iyun tarixlərində Antalyaya gedən azərbaycanlıların sayı ötən ilin anoloji dövrü ilə müqayisədə 48% artaraq 1330 nəfərə çatıb.
Ukraynadan gələn turist sayı 100% artaraq 42 min 101 nəfərə olub.
Səudiyyə Ərəbistanından gələn turist sayı 51%, Gürcüstandan gələn turist sayı 70%, İrandan gələn turist sayı isə 8,1% artıb.
Ülviyyə R. Əli
www.oxu.az