Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda su təchizatı və sanitariya üzrə investisiya proqramı çərçivəsində 75 milyon dollar məbləğində dördüncü tranşı təsdiq edib.
Oxu.Az bu barədə Trend-ə istinadən xəbər verir.
Dördüncü tranşın vəsaiti Ağdaş və Beyləqanda su infrastrukturunun formalaşdırılması işlərinin başa çatdırılmasına ayrılacaq.
Layihənin reallaşdırılması üçün 25 milyon dolları Azərbaycan hökuməti təmin edəcək.