Asiya İnkişaf Bankı Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutan “Şahdəniz -2”, Cənubi Qafqaz dəhlizi, Transxəzər layihələrinin maliyyələşdirilməsində iştirak edə bilər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyono deyib.
O, bildirib ki, AİB bu layihələrdə iştirak edən özəl strukturlara maliyyə dəstəyi göstərə bilər:
“Lakin bu layihələrlə bağlı banka hələlik heç bir məlumat daxil olmayıb”.