Bu gün "Excelsior" hoteldə "AtaBank" dünyanın aparıcı ödəniş sistemlərindən biri olan "UnionPay İnternational" şirkəti ilə təntənəli şəkildə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Oxu.Az xəbər verir ki, tərəfdaşlıq çərçivəsində "AtaBank"ın bankomat və POS-terminallarında emissiya etdiyi kartların sayına görə lider olan UnionPay İnternational kartları ilə əməliyyatlar etmək mümkün olacaq.
Qeyd edək ki, 2002-ci ilin mart ayında Çin Dövlət Şurası və Çin Xalq Bankı tərəfindən təsis edilən UnionPay İnternational şirkəti emissiya etdiyi kartların sayına və kartlar üzrə tranzaksiyaların həcminə görə liderdir.
UnionPay dünyanın 162 ölkəsində xidmət göstərir. Kartların ümumi sayı 5 milyarddan artıqdır. Bunlardan 70 milyonu Çinin şəhərlərindən kənarda, dünyanın 40 ölkəsində emissiya olunub.
L.Ə.