Avropa Mərkəzi Bankı (AMB) bu gün keçirilən iclasın nəticələrini açıqlayıb.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bank faiz dərəcələrində dəyişikliyə getməyib.
AMB əmanət faizlərini mənfi 0,40% səviyyəsində saxlayıb. Yenidən maliyyələşdirmə faizi də 0,00%-də saxlanılıb, marginal borc vermə nisbəti dəyişməyərək 0,250% olub.
Ülviyyə R. Əli
www.oxu.az